Главная > Dünya > Ermənistanda vəziyyət gərginləşir: müxalifət birgə bəyanat yaydı

Ermənistanda vəziyyət gərginləşir: müxalifət birgə bəyanat yaydı


25-08-2021, 10:03. Разместил: admin
Ermənistanda vəziyyət gərginləşir: müxalifət birgə bəyanat yaydı


Ermənistan parlamentinin "Şərəf duyuram və "Ermənistan" fraksiyaları bu gün qanunverici orqanda deputatlara qarşı zorakılığı qətiyyətlə pisləyib.
“News.am” xəbər verir ki, bu barədə iki müxalifət fraksiyasının yaydığı birgə bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, bu, qanunverici orqanın tarixində rüsvayçı hadisədir.

"24 avqust - hakimiyyəti təmsil edən bir qrup insanın qanunsuz göstərişlərə əməl edərək ölkənin qanunverici orqanda demokratik dəyərlərə qarşı cinayət törətdiyi gün parlament tarixinin ən biabırçı səhifələrindən biri olacaq.

Ermənistanda zorakılığın təbliğatı və nifrət atmosferinin bir mənbəyi var – Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş sazişi" partiyası. Biz bu gün cinayət törədənlərin siyasi və hüquqi məsuliyyətə cəlb olunması işinin ardınca gedəcəyik", - bəyanatda qeyd edilir.


Вернуться назад