Главная > Dünya > Protein içən 19 yaşlı gənc iflic oldu - FOTOLAR

Protein içən 19 yaşlı gənc iflic oldu - FOTOLAR


19-08-2021, 11:15. Разместил: admin
Protein içən 19 yaşlı gənc iflic oldu - FOTOLAR


Türkiyənin Adana şəhərində idman zalında protein tozu içən 19 yaşlı gənc iflic olub.

“Haberler.com” xəbər verir ki,  bu barədə onun qəyyumu olan nənəsi Selma Öztaş iddia edib. O, hərbi xidmətə gedə bilmək üçün çəkisini artırmaq məqsədilə idmana gedən nəvəsinin 13 gün davamlı olaraq içdiyi protein tozuna görə həyatının məhv olduğunu bildirib.

S.Öztaşın sözlərinə görə, 19 yaşlı Hüseyin Ömər Uğurludoğana idman zalının işçiləri protein içməyi məsləhət görüb. 14-cü gün vəziyyəti pisləşərək xəstəxanaya çatdırılan gəncin iflic olduğu üzə çıxıb. Proteinin onun beyninə zərər vurduğu bildirilib.

Nəvəsinin acınacaqlı vəziyyəti barədə yerli mətbuata danışan qadın nəvəsinin vəziyyətinin getdikcə pisləşdiyini, onun müalicəsi üçün 19 min lirə (təxminən 4000 AZN) lazım olduğunu söyləyib.




Вернуться назад