Главная > Dünya > ABŞ 2 şərt qoydu: yenidən Əfqanıstanla işləmək üçün...
ABŞ 2 şərt qoydu: yenidən Əfqanıstanla işləmək üçün...17-08-2021, 11:02. Разместил: admin |
ABŞ Talibanla əməkdaşlıq etmək üçün 2 şərt irəli sürüb. Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyinin sözçüsü Ned Prays açıqlama verib. O bildirib ki, ABŞ əsas insan hüquqlarına hörmət etməyən və terrorçulara ev sahibliyi edən hökumətlə işləməyəcək. Sözçü Dohadakı Taliban təmsilçilərilə görüşməyə davam etdiklərini söyləyib. O, ABŞ-ın Əfqanıstandakı gələcəkdəki hökumətlərə qarşı mövqeyinin həmin hökumətin, Talibanın hərəkətlərinə bağlı olduğunu vurğulayıb. Prays Əfqanıstanı tərk edən sabiq prezident Əşrəf Qaniyi tanımağa davam edib-etməyəcəkləri ilə bağlı suala cavab olara bildirib ki, hələlik Əfqanıstanda təhvil-təslim dövrü olmayıb. Prays Əfqanıstanda kimin lider kimi tanınması məsələsində beynəlxalq ictimaiyyətlə birgə işlədiklərini söyləyib. Вернуться назад |