Главная > Dünya > Dünya təlaşda: iqlim və xəritələr tamamilə dəyişəcək

Dünya təlaşda: iqlim və xəritələr tamamilə dəyişəcək


12-08-2021, 16:02. Разместил: admin
Dünya təlaşda: iqlim və xəritələr tamamilə dəyişəcək


"İqlim dəyişikliyi sürətlə bir mərhələyə qədəm qoyub. 10 ildə bir müşahidə edilən təbiət hadisələri 2 ildən bir görülməyə başlanıb".
BMT-nın iqlim dəyişikliyi ilə bağlı hesabatı dünya ölkələrində ciddi ajiotaja səbəb olub. Artıq insanlar öz gələcəklərindən ciddi narahatlıq keçirməyə başlayıb. Dünya ölkələri iqlim dəyişikliyinin onlarda hansı fəsadlara yol açacağı barədə ciddi polemikalar başlanıb. 

Türkiyəli alimlər və iqlimşünaslar hesab edir ki, Türkiyənin də risk altında olan ölkələr sırasında olduğunu qeyd edirlər. Hətta türkiyəli iqlimşünas alim, professor Levent Kurnaz hesab edir ki, iqlim dəyişiklikləri nəticəsində İstanbul 3 adaya bölünəcək.

Bu barədə “haber7”yə açıqlama verən professor L.Kurnaz deyib ki, bu proses qarşıdakı 100 il müddətində baş verəcək:  “Qlobal istiləşmə nəticəsində dünyada dəniz səviyyəsi 70 metr qalxacaq. Dəniz səviyyəsinin bu qədər qalxması da, İstanbul 3 adaya böləcək”.

BMT-nin hesabatında deyilir ki, qlobal istiləşmə və qütb buzlaqlarının əriməsi nəticəsində qarşıdakı 100 ildə hər il ərzində dəniz səviyyəsinin 80 sm - 1 metr arası qalxması gözlənilir. Dəniz səviyyəsinin qalxması da, istər-istəməz Türkiyəyə də öz mənfi fəsadlarını göstərəcək.

Professor Levent Kurnaz bildirib ki, dəniz səviyyəsinin qalxması, Türkiyənin dəniz sahillərində olan şəhərlərinə öz təsirini göstərəcək.

“Buzlar belə tez zamanda əriyərsə, İstanbul, İzmir kimi sahil şəhərlərində  qısa zamanda suyun səviyyəsi bir neçə metr qalxacaq. Bu da ciddi fəsadlara yol açacaq”, - o deyib. 

Qlobal istiləşmə nəticəsində təkcə Avropanın deyil. Ümumiyyətlə dünyanın da  xəritəsinin dəyişəcəyini qeyd edən Kurnaz bildirib ki, qlobal isinmə nəticəsində dəniz səviyyəsi 70 metr qalxacaq.

“Dəniz səviyyəsinin 70 metr yüksəlməsi, bu gün insanların yaşadığı bir çox coğrafi məkanlar su altında qalacaq. İstanbul 3 adaya bölünəcək. Təbii ki, bu, yaxın zamanda olmayacaq. Əgər hesabatda deyildiyi kimi davam edərsə, biz sonunda bununla qarşılaşacağıq. Yəni dünya xəritəsində ciddi dəyişikliklər baş verəcək. Dünyanın buzlaq, meşə, səhra olduğu ərazilər tamamilə dəyişəcək. Saxara səhrası dediyimiz ərazi 6 dərəcə şimala doğru sürüşəcək.  Bu dəyişiklik nəticəsində səhra olan ərazilərin bir qismi meşə olmağa başlayacaq. Məsələn, Türkiyənin şimalındakı Trabzon, Samsun, İstanbul  kimi əraziləri iqlim dəyişikliyi nəticəsində bu yüz ilin sonunda Antalya, Adana kimi iqlimə sahib olacaq. İqlim dəyişikliyi sürətlə bir mərhələyə qədəm qoyub. 10 ildə bir müşahidə edilən təbiət hadisələri  2 ildən bir  görülməyə başlanıb. Yanğınlar, sel daşqınları, fırtınalar və digər təbii fəlakətləri buna misal çəkmək olar.  Bir də görürsən ki, 6 ay olan quraqlıq mövsümü 2 ilədək davam edir”, - iqlimşünas alim deyib.


Вернуться назад