Главная > Dünya > "Chrome" brauzeri Azərbaycan internet bazarında liderliyini davam etdirir

"Chrome" brauzeri Azərbaycan internet bazarında liderliyini davam etdirir


6-07-2021, 09:51. Разместил: admin
"Chrome" brauzeri Azərbaycan internet bazarında liderliyini davam etdirir


2021-ci ilin iyununda Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı may ayı ilə müqayisədə 0,05 faiz artıb.
Bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 77,06 faiz təşkil edib.

“Safari” brauzerinin iyun ayında payı mayla müqayisədə 0,52 faiz azalaraq 10,8 faiz təşkil edib.

“Samsung Internet” brauzerinin payı 0,33 faiz artaraq 4,93 faizə bərabər olub.

Eyni zamanda, iyun ayında “Opera” brauzerinin internet bazarında payı 0,03 faiz artaraq 3,72 faiz təşkil edib.

“Yandex Browser” brauzerinin payı 1,21 faiz, "Microsoft Edge"in payı 0,87 faiz təşkil edib.


Вернуться назад