Главная > Dünya > Lavrov Ərdoğanın Şuşa səfəri haqqında: "Elə etməliyik ki..."
Lavrov Ərdoğanın Şuşa səfəri haqqında: "Elə etməliyik ki..."1-07-2021, 11:16. Разместил: admin |
Ərdoğanın Azərbaycana səfəri Azərbaycan-Türkiyə ikitərəfli əlaqələr çərçivəsində həyata keçirilib. “Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri ilə bağlı mövqeyini açıqlayarkən deyib. “Biz Çavuşoğlu ilə razılaşdıq ki, imkanlarımızdan istifadə edib Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına çalışaq. Elə bir şəraitin yaradılmasına çalışaq ki, azərbaycanlılar və ermənilər, həmçinin digər millətlərin nümayəndələri bu torpaqlarda mehriban qonşu kimi yan-yana yaşasınlar. Bax, o zaman nəinki siyasi məsələləri, o cümlədən daha ciddi məsələləri həll etmək olacaq” - Lavrov qeyd edib. Вернуться назад |