Главная > Dünya > Türkiyə səfiri: "Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır"
Türkiyə səfiri: "Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır"21-06-2021, 11:59. Разместил: admin |
“Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır. Bu sənədin imzalanmasında məqsəd Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da gücləndirməkdir. Şuşa bəyannaməsinin tarixi əhəmiyyəti önümüzdəki illərdə daha da aydın olacaq”. "Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. O vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya getməsi tarixi bir səfər idi: “Həm Qars sazişinin 100 illik yubileyi, həm də Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Şuşa bəyannaməsi imzalandı. Bu anlaşma ilə Azərbaycan regionda daha güclü ölkə olduğunu sübut etdi”. Вернуться назад |