Главная > Dünya > ABŞ Rusiyaya yeni sanksiyalar hazırlayır
ABŞ Rusiyaya yeni sanksiyalar hazırlayır21-06-2021, 11:21. Разместил: admin |
ABŞ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır. “Xarici KİV xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Agentlik Cenevrədə ABŞ Prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan görüşdə uzlaşma əldə olunmadığını yazıb. ABŞ-n rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya qarşı sanksiyalar hazırladığı açıqlanıb. Co Baydenin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan “CNN İnternational”a açıqlamasında “başqa bir sanksiya paketi üzərində çalışırıq” sözlərini deyib. Qeyd edək ki, tarixi zirvə görüşündən sonra Bayden Navalnı məsələsində narahatlıqları olduğunu bildirmişdi. O, bunun nəticələrinin Rusiya üçün yıxıcı olacağını inandığını söyləmişdi. Вернуться назад |