Главная > Dünya > İranda prezidentliyə namizədlər arasında azəricə-türkcə mübahisəsi
İranda prezidentliyə namizədlər arasında azəricə-türkcə mübahisəsi10-06-2021, 09:50. Разместил: admin |
18 iyunda İranda keçiriləcək prezident seçkilərində namizəd olan şəxslər arasında türkcə-azəricə mübahisəsi yaşanıb. “Xarici KİV xəbər verir ki, mübahisə yerli televiziyalardan birində keçirilən debat zamanı baş verib. Mühafizəkar namizədlər möhsün Rezayi ilə İbrahim Rəisi Cənubi Azərbaycxanda danışılan dilə azəricə deyib. Digər namizəd Möhsün Mehrəlizadə ona etiraz edərək “Azəricə yoxdur, türk dili var” deyib. Rəzayi İranda yaşayan 20 milyondan çox azərbaycanlı seçicini yanına çəkmək üçün türkcə “Yaşasın Azərbaycan” deyib. Rəisi isə çıxışında “Azəricə danışan vətəndaşlarım mənimlə mehribanlıqla maraqlandılar. Onlara təşəkkür edirəm” - söyləyib. Mehrəlizadə isə onlara xəbərdarlıq edib:”İranda azəricə danışılmır. Türk dilində danışan vətəndaşlarımız var. Azəricə deyərkən diqqətli olun”. Вернуться назад |