Главная > Dünya > Panama Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Panama Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib3-06-2021, 11:58. Разместил: admin |
Panama Respublikasının Prezidenti Laurentino Kortizo Kohen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Məktubda deyilir: "Cənab Prezident. Panama Respublikasının xalqı və hökuməti adından, şəxsən öz adımdan əlamətdar tarix olan 28 May - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Azərbaycan xalqının firavanlığı və tərəqqisi üçün ən səmimi arzularımı, habelə hökumətimin ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini davam etdirmək niyyətini çatdırmaq istərdim. Bir daha Zati-alinizə ən yüksək hörmət və ehtiramımı ifadə edirəm". Вернуться назад |