Главная > Dünya > ABŞ dövlət katibi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
ABŞ dövlət katibi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib28-05-2021, 10:57. Разместил: admin |
“Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatları hökuməti adından Azərbaycan xalqını təbrik edirəm”. " APA xəbər verir ki, bu ABŞ dövlət katibi Entoni Blinkenin 28 May – Respublika Günü ilə bağlı bəyanatında əksini tapıb. 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk demokratik hökumətin qurulduğunu qeyd edən dövlət katibi bildirib ki, Amerika Birləşmiş Ştatları iqtisadi, enerji və təhlükəsizlik sahəsində 30 illik tərəfdaşlığı və Azərbaycanın insan hüquqlarına və qanunun aliliyinə hörmətin yaxşılaşdırılması istiqamətində davamlı dialoqu qiymətləndirir. “Cənubi Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfələri qəbul edirik. İnsan hüquqlarına və fundamental azadlıqlara, qanunun aliliyinə, şəffaflığa və hesabatlılığa hörmət edən güclü qurumlar və proseslər ümumi hədəflərimizə çatmaq və daha güclü və daha dərin əlaqələr qurmaq üçün vacibdir. Amerika Birləşmiş Ştatları ayrıca minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında insanlararası münasibətlər vasitəsilə, həmçinin səfirliklərimizin ictimaiyyətlə əlaqəsi sayəsində inkişaf etdirilən əlaqələrə dəyər verir. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli barədə danışıqlarda tərəflərə kömək etməyə sadiqdir”, - deyə bəyanatda qeyd olunub. E. Blinken vurğulayıb ki, ABŞ döyüşlərin humanitar nəticələrinin həllini dəstəkləyir. Вернуться назад |