Главная > Dünya > Kadırov onu "şeytan" adlandıran izləyicisini tapıb, görün nə etdi (VİDEO)
Kadırov onu "şeytan" adlandıran izləyicisini tapıb, görün nə etdi (VİDEO)21-05-2021, 09:47. Разместил: admin |
Çeçenistan prezidenti Ramzan Kadırov onu "şeytan" adlandıran sosial şəbəkə istifadəçisini tapıb. O, Moskvada yaşayan dağıstanlı Əhməd Valjayevdir. Belə ki, Valjayev Kadırovdan ailəliklə üzr istəyib. Maraqlısı budur ki, şəxsin üzr istəmə görüntüsü bütün Çeçenistan televiziyasında yayımlanıb. Qeyd edək ki, "Instagram” hesabında canlı yayım zamanı Kadırovun izləyicilərindən biri onu "şeytan” adlandırıb. Bu zaman Kadırov şərhi oxuyub və ekrangörüntüsünü çəkib. "Əgər bunu mənə yazırsansa, səni tapacağam. O zaman bizdən kimin şeytan olduğunu görəcəyik. Mən çox şeytanları məhv etmişəm və səni də məhv edəcəyəm”, - deyə R.Kadırov bildirmişdi. <embed width="640" height="360" src="https://player.qaynarinfo.az?v=802&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed> Вернуться назад |