Главная > Dünya > Ermənistanın keçmiş naziri aeroportda saxlanıldı
Ermənistanın keçmiş naziri aeroportda saxlanıldı18-05-2021, 12:09. Разместил: admin |
Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, paytaxtın eks-meri Qagik Beqlaryan İrəvan hava limanında polis tərəfindən saxlanılıb. “Qafqazinfo” Sputnik Ermənistan”a istinadən xəbər verir ki, keçmiş məmur bir gün əvvəl Moskvadan bir reyslə İrəvana gəlib. Əməliyyatçılar onu paytaxtın hava limanında gözləyib. Beqlaryan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə 2020-ci ilin mart ayından bəri axtarışa verilib. O, böyük miqyasda əmlak mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Bundan əvvəl məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçdiyi üçün sabiq məmur dərhal nəzarətə alınıb. Qeyd edək ki, Q. Beqlaryan 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən bir müddət sonra ölkəni tərk etmişdi. Вернуться назад |