Главная > Dünya > Zərif İsrail bayrağına görə xarici səfərini təxirə salıb
Zərif İsrail bayrağına görə xarici səfərini təxirə salıb16-05-2021, 09:49. Разместил: admin |
İranın xarici işlər naziri Cavad Zərif Avstriyaya bugünki səfərini təxirə salıb. Bu barədə Avstriya XİN-dən məlumat verilib. Məlumata əsasən, səfərin təxirə salınmasına səbəb Avstriya dövlət qurumlarına məxsus binalardan İsrail bayrağının asılması olub. XİN-dən bildirilib ki, səfər çərçivəsində Zərif avstriyalı həmkarı Aleksander Şallenberqlə görüşməli idi. Qeyd olunub ki, İranın nüvə proqramı ətrafında Vyanada aparılan danışıqlar davam etdiriləcək. Xatırladaq ki, İsrail-Fələstin qarşıdurmasında birincilərə dəstək məqsədilə cümə günü Avstriya hökumət binalarından İsrail bayraqları asılıb.oxu.az Вернуться назад |