Главная > Dünya > Hindistan mutasiyasının ƏLAMƏTLƏRİ - "2 ay sonra patlayış ola bilər..."

Hindistan mutasiyasının ƏLAMƏTLƏRİ - "2 ay sonra patlayış ola bilər..."


16-05-2021, 09:45. Разместил: admin
Hindistan mutasiyasının ƏLAMƏTLƏRİ - "2 ay sonra patlayış ola bilər..."


Türkiyəli infeksionist Ümit Savaşçı Türkiyədə də aşkarlanan Hindistan mutasiyası haqqında danışıb.
"Medicina.az bildirir ki, Ümit Savaşçının sözlərinə görə, hazırda Hindistanda vəziyyət çox çətindir:

"Çüt mutasiya bizim üçün ən qorxunc olanıdır. Hazırda Hindistan mutasiyası 17 ölkəyə yayılıb. Lakin, "Biontech" vaksininin Hindistan mutasiyasına qarşı təsirli olduğu deyilir. Vaksinasiya ən böyük silahımızdır. Hindistandakı mütəxəssislər bunun simptomlarının çox ağır, digər mutasiyalara görə daha yoluxdurucu və öldürücü olduğunu deyirlər. Açıqcası, bizim də gözümüz qorxdu. Hindistan mutasiyasında ən çox yüksək temperatur, ishal, nəfəs darlığı kimi əlamətlər ön plandadır".

"2 AY SONRA PATLAYIŞ OLA BİLƏR"

"Əgər ölkədə 2 ay sonra vaksinasiyada yetərli say olmazsa, yenidən yoluxma sayında partlayışla qarşılaşa bilərik. Buna görə də xüsusilə uçuşlar, sərhədlər, görüşmələri sıfıra endirmək lazımdır.

"CİDDİ XƏSTƏLİKLƏRLƏ QARŞILAŞA BİLƏRLƏR"

"Təmaslar davam edərsə, ciddi sağlamlıq problemləri yaşanıla bilər. Türkiyədə də rəqəmlər enib. Amma istədiyimiz sayda deyil. İnsanlar getdikləri yerlərdə təmaslara davam edərlərsə, koronavirusa yoluxarlarsa, çox ciddi xəstəliklər yaşaya bilərlər".


Вернуться назад