Главная > Dünya > Türkiyədə küçəyə çıxma qadağası turistlərə şamil olunmayacaq

Türkiyədə küçəyə çıxma qadağası turistlərə şamil olunmayacaq


27-04-2021, 10:40. Разместил: admin
Türkiyədə küçəyə çıxma qadağası turistlərə şamil olunmayacaq


Türkiyədə 29 aprel - 17 may tarixləri arasında tam qapanma çərçivəsində tətbiq olunan küçəyə çıxma qadağası xarici turistlərə şamil olunmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Turizm fəaliyyəti çərçivəsində müvəqqəti olaraq ölkəmizdə olan əcnəbilərə küçəyə çıxma qadağası şamil edilmir. Yaşayış icazəsi olan əcnəbilər komendant saatı qaydasına əməl etməlidirlər”,- deyə açıqlamada qeyd olunub.

Qapanma zamanı ərzaq mağazaları və bazarların bazar ertəsindən şənbə gününə qədər saat 10:00-dan 17:00-a kimi açıq olacağı qeyd olunub. Növbətçi apteklərin də fəaliyyəti nəzərdə tutulub. Kafe və restoranlar yalnız çatdırılma üçün açıq olacaq. Otel restoranlarının isə yalnız qonaqlara xidmət etməyinə icazə veriləcək.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin aprelin 29-u saat 19:00-dan mayın 17-si saat 05:00-dək tam qapanmaya keçdiyini açıqlamışdı.

Xatırladaq ki, aprelin 16-sı Türkiyədə koronavirusa 63 min 82 yoluxma faktının qeydə alınması ilə günlük yoluxma sayında rekord göstərici qeydə alınmışdı.


Вернуться назад