Главная > Dünya > Türkiyə siyasətçiləri Baydenin bəyanatını sərt qınadılar
Türkiyə siyasətçiləri Baydenin bəyanatını sərt qınadılar24-04-2021, 23:16. Разместил: admin |
“Siyasi qisas üçün tarixin təhrif olunmasının göstəricisi olan 1915-ci il hadisələrinin Bayden tərəfdən qiymətləndirməsini rədd edirik”. “Report”un məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay özünü tvitter səhifəsində yazıb. “Ermənilərin irəli sürdükləri əsassız iddialara əsaslanan və erməni üsyançıları tərəfindən öldürülən türklərin əzab və acılarına məhəl qoymayan bu ifadənin millətimizin və tariximizin qarşısında heç bir dəyəri yoxdur. Arxivlərimiz həqiqətləri görmək istəyənlər üçün açıqdır”. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun da ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinə sərt reaksiya bildirib. “Bayden rəhbərliyinin 1915-ci il hadisələrini “soyqırım” kimi qiymətləndirməsini qətiyyətlə rədd edirik və bunu ən sərt şəkildə qınayırıq. Vaşinqton şərəfli tariximizə kölgə salmağı seçdiyindən ikitərəfli münasibətlərimiz baxımından son dərəcə uğursuz, kədərli bir gün yaşayırıq. isə bildirib ki, tarixi hadisələr tarixçilər tərəfindən öyrənilməlidir. O, qeyd edib ki, siyasi konyunkturanın dar maraqları tarixi həqiqətləri müəyyənləşdirə bilməz: “Əslində, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan, 1915 hadisələrini araşdırmaq üçün “Birgə Tarix Komissiyası”nın qurmaqla bağlı çağırış edəndə, tarixi bir mövzunu siyasət və pis niyyətli dairələrin kölgəsindən qurtarmaq istədi. Həqiqətin sənədlər vasitəsi ilə açıqlanacağından qorxanlar bu çağırışa cavab verə bilmədilər. ABŞ Prezidenti bu həqiqətləri görməməzliyə vurdu və ədalətsiz bir münasibət göstərdı”. “Tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanla əvəz edilə bilməz. Əsla şanlı tariximizdə heç bir erməni soyqırımı olmayıb! Heç bir tarixi əsasları olmayan bu yalanı təqdim edənlər və qəbul edənlər tarixi rüsvayçılığa yol verirlər. Erməni lobbisinə yarınaraq Türkiyəyə bu böhtanı atanlara Vyetnamda, Bağdadda tökdükləri qanı, Əbu Qreyb həbsxanasındakı iyrənc işgəncələrini, Xirosima və Naqasakidə atdıqları atom bombası ilə kəsdikləri nəsilləri, Amerikada qırmızı dərililərin tək-tək yox edildiyini xatırlatmaq istəyirik. Erməni terror təşkilatı ASALA-nın ABŞ-da Los Ancelesdə Baş konsulumuz Mehmet Baydarı 1973-cü ildə necə qətlə yetirdiklərini və digər qətliamlarını unutmadıq”-deyə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Numan Kurtulmuş özünü tvitter səhifəsində bildirib. Вернуться назад |