Главная > Dünya > Rusların Aİ-yə giriş qadağası təklifinə rəsmi Moskvadan - Reaksiya
Rusların Aİ-yə giriş qadağası təklifinə rəsmi Moskvadan - Reaksiya20-04-2021, 13:16. Разместил: admin |
Rusiya xarici işlər nazirinin müavini Aleksander Qruşko Rusiya vətəndaşlarının Aİ-yə girişini qadağan etməyi təklif edən Estoniyanın keçmiş Prezidenti Toomas Hendriks Ilvesə rus seqmentinin turizmdəki əhəmiyyəti barədə Türkiyə və Yunanıstan səlahiyyətliləri ilə danışmağı tövsiyə edib. “Qafqazinfo” xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə açıqlamasında bildirib. Xarici işlər nazirinin müavini İlvesin təklifini “Türkiyə və Yunanıstan kimi ölkələrin liderləri ilə turizmin, xüsusən də onun Rusiya seqmentinin əhəmiyyəti barədə danışmalıydı”,- deyə şərh edib. Qeyd edək ki, daha əvvəl Estoniyanın sabiq Prezidenti Toomas Hendrik İlves Rusiyanı Hitler Almaniyası ilə müqayisə edərək bütün rusların Avropa Birliyi ərazisinə girişinə qadağa qoymağı təklif etmişdi. Вернуться назад |