Главная > Dünya > Cavuşoğlu: ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlədəcəyini düşünmürük
Cavuşoğlu: ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlədəcəyini düşünmürük15-04-2021, 13:58. Разместил: admin |
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın yeni administrasiyasının “erməni soyqrımı”nı tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandırıb. Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində bəyan edib ki, ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alaraq, belə bir qərar verməz. “ABŞ-ın əvvəlki prezidentləri bu iddiada olublar. Ancaq ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa, belə bir qərar verməz. Aprelin 24-də ABŞ prezidentinin belə bir ifadə işlədəcəyini düşünmürük”, - deyə M. Çavuşoğlu qeyd edib. Вернуться назад |