Главная > Dünya > ABŞ-da silahlı insident olub, ölən və yaralananlar var
ABŞ-da silahlı insident olub, ölən və yaralananlar var27-03-2021, 13:37. Разместил: admin |
ABŞ-ın Virciniya ştatında atışma olub, ölən və yaralananlar var. APA xəbər verir ki, bu barədə ştatın Viriciniya-Biç şəhər polisinin "Twitter" səhifəsində məlumat yayılıb. Polisin verdiyi məlumata görə, atışma zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Bildirilib ki, ölənlərdən biri vətəndaşlara atəş açan şəxsdir ki polis tərəfindən zərərsizləşdirilib. Digər şəxsin kimliyi hələ müəyyənləşdirilməyib. Polis vətəndaşları ərazidən uzaq olmağa çağırıb. Вернуться назад |