Главная > Dünya > Rusiya ABŞ-dakı səfirini Kremlə çağırdı

Rusiya ABŞ-dakı səfirini Kremlə çağırdı


18-03-2021, 15:34. Разместил: admin
Rusiya ABŞ-dakı səfirini Kremlə çağırdı


Moskva Baydenin Putinin ünvanına səsləndirdiyi fikirlərdən sonra Vaşinqtondakı səfiri Anatoli Antonovu məsləhətləşmələr üçün Kremlə çağrıblar.
Bu barədə Rusiya XİN məlumat yayıb. Moskva  diplomatın Kremlə çağrılması barədə qərarın verilməsini  ABŞ-la gələcək əlaqələrin perspektivini analiz etməkdir.

RF XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Co Bayden komandasının 2 ay hakimiyyətdə olmasına baxmayaraq  Rusiya-ABŞ münasibətləri kəskin pisləşib və dalana dirənib. "Belə olan şəraitdə gələcək münasbətləri müəyyənləşdirilməsinə ehtiyac var. Moskva yaranmış vəziyyətin dönməz xarakter almamasında maraqlıdır"- o qeyd edib.

Qeyd edək ki, Bayden Putini ABC telekanalına müsahibəsində "qatil" adlandırıb.


Вернуться назад