Главная > Dünya > Şoyqu: "Türkiyə ilə Qarabağda birgə əməkdaşlıq heç də asan deyil"

Şoyqu: "Türkiyə ilə Qarabağda birgə əməkdaşlıq heç də asan deyil"


17-03-2021, 12:09. Разместил: admin
Şoyqu: "Türkiyə ilə Qarabağda birgə əməkdaşlıq heç də asan deyil"


Rusiya ilə Türkiyə arasında Qarabağda elə də asan olmayan, çox mürəkkəb, ancaq çox nəticəli bir əməkdaşlıq mövcuddur.
Bu fikirləri Qazaxstanın "Tengrinews" saytına müsahibəsində Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.

"Türkiyənin NATO üzvü olması birgə əməkdaşlığa maneçilik yaradır.  Buna baxmayaraq həll yollarını tapırıq. Məsələn Suriyanın İdlib bölgəsində münaqişənin həlli üçün belə bir əməkdaşlıq formatı yarada bildik. Son  iş təbii ki, Dağlıq Qarabağdır. Bu heç də asan olmayan əməliyyatdır. Mən bunu belə adlandırardım, amma başqa  yol yoxdur.Ona görə ki, burada yetərincə arqumentlər, elementlər, motivlər mövcuddur.Axı razılaşmalısınız ki,  iki qardaş xalq, iki yaxın qonşumuz, birlikdə yaşadığımız xalq  bir-birləri ilə düşmənçilik edir və  təkrar etməliyəm ki, biz gələcəkdə sülh, harmoniya və dostluq şəraitdə yaşamlıyıq...

Digər tərəfdən Türkiyənin məsələyə qoşulması, türkiyəli həmkarlarla danışmağı zəruri edir.  İnanın bütün bunların baş tutması üçün bizim prezident (Putin nəzərdə tutulur) titanik bir səy göstərdi. Və hamını inandırmağa səy göstərdi. Mən deyərdim: "Mən razıyam, ancaq onları inandırın" söhbəti olmadı. Odur ki, hamını razı salmaq idi.   Biz də öz səviyyəmizdə müdafiə nazirləri səviyyəsində  türkiyəli həmkarlarla  danışdıq. Bu gün görülən işlərə gəldikdə deyə bilərəm ki, birincisi, insanlar bir-birini öldürməyi dayandırıb. İkincisi, ümid edirəm ki, indi ikitərəfli təmaslara keçməyin və bir-biri ilə  danışıqlara başlamağın vaxtıdır. Mən Azərbaycanla Ermənistanı nəzərdə tuturam"- Şoyqu bildirib.

O əlavə edib ki, buradə təbii olaraq  çox şey Rusiya və Türkiyənin arasındakı münasibətlərdən asılıdır: "Həm də yeni oyunçular meydana çıxır və öz təklifləri ilə ortaya  köhnə qonşular  meydana çıxırlar. Mən burada İranı nəzərdə tuturam. Bu, infrastrukturun inkişafı, dəmir yolu, hidroenerji və nəqliyyat əlaqələrin bərpası ilə bağlıdır. Şox məsələlər var".


Вернуться назад