Главная > Dünya > Ermənistanda koronavirusdan ölənlərin sayı 829 çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 829 çatıb


9-03-2021, 16:02. Разместил: admin
Ermənistanda koronavirusdan ölənlərin sayı 829 çatıb


Ermənistanda son sutkada daha 182 nəfər COVID-19-a yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 175 198-ə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 3 232-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 829 nəfərdir. İndiyədək 165 096 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 038 aktiv koronavirus xəstəsi var.


Вернуться назад