Главная > Dünya > Avtomobil satıcısı müdirinin çayına COVİD xəstəsinin tüpürcəyini qatdı - VİDEO
Avtomobil satıcısı müdirinin çayına COVİD xəstəsinin tüpürcəyini qatdı - VİDEO10-02-2021, 11:10. Разместил: admin |
Türkiyədə avtomobil salonunun satıcısı COVID-19-a yoluxmuş bir nəfərdən tüpürcək alıb müdirinin çayına töküb. “LADbible”in məlumatına görə, indi o, məhkəmə qarşısına çıxacaq. Avtosalonun sahibi İbrahim Ünverdi, işçisi Ramazan Ç.-yə avtomobil sövdələşməsi üçün 215.000 türk lirəsi (51 600 AZN) verib. Lakin, ertəsi gün işçi ona zəng edib müqaviləni bağlamadığını və pulu öz kreditini ödəməyə sərf etdiyini deyib. Digər işçilərin sözlərinə görə, Ramazan Ç. müdirini öldürmək istəyib. İddiaya görə o, koronavirus xəstəsindən 70 dollara tüpürcək alıb və Ünverdinin çayına qatıb. Lakin müdiri içmədiyi üçün, təhlükəli xəstəliyə yoluxmayıb. <embed src='https://player.baku.tv/embed/33405' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed> Вернуться назад |