Главная > Dünya > Krasnoyarskda matəm elan edilib
Krasnoyarskda matəm elan edilib4-02-2021, 14:00. Разместил: admin |
Rusiyanın Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğının söndürülməsi zamanı ölən 4 yanğınsöndürənin xatirəsinə Krasnoyarsk diyarında matəm elan edilib. Report xəbər verir ki, bu barədə məlumatı diyarın başçısı Aleksandr Ussun Mətbuat xidməti yayıb. O, fevralın 5-ni yanğınsöndürənlərin xatirəsinə matəm elan edib. Qeyd edək ki, fevralın 3-də Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğın nəticəsində 4 yanğınsöndürən ölüb. Вернуться назад |