Главная > Dünya > Ermənistanda daha 11 nəfər koronavirusun qurbanı oldu

Ermənistanda daha 11 nəfər koronavirusun qurbanı oldu


4-02-2021, 13:00. Разместил: admin
Ermənistanda daha 11 nəfər koronavirusun qurbanı oldu


Ermənistanda son sutkada 147 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 568-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 3 107-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 779 nəfərdir. İndiyədək 159 045 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 637 aktiv koronavirus xəstəsi var.


Вернуться назад