Главная > Dünya > Ərdoğan İlon Maskla kosmik sahədə əməkdaşlığı müzakirə edib

Ərdoğan İlon Maskla kosmik sahədə əməkdaşlığı müzakirə edib


28-01-2021, 10:13. Разместил: admin
Ərdoğan İlon Maskla kosmik sahədə əməkdaşlığı müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “SpaceX” şirkətinin rəhbəri İlon Maskla telefonla danışıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir.

“Danışıqlar zamanı müxtəlif sahələrdə, o cümlədən Türkiyədəki dövlət və özəl sektora aid şirkət və müəssisələrlə kosmik texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib”, - deyə məlumatda qeyd olunub.


Вернуться назад