Главная > Dünya > Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərib
Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərib18-01-2021, 10:43. Разместил: admin |
![]() Rusiya hərbi polisinin əlavə bölmələri Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Haseke vilayətinə göndərilib. Ölkə.Az xəbər verir ki, hərbi polis müşahidə məntəqələrinin mühafizəsini gücləndirəcək. Ümumilikdə müşahidə məntəqələrinə 300-ə yaxın əlavə hərbi qulluqçu yerləşdiriləcək. Qeyd edək ki, Rusiya və Türkiyə hərbçiləri Suriyanın şimal-şərqindəki Haseke əyalətində birgə patrul xidməti həyata keçirirlər. Patrul marşrutlarını Rusiya və Türkiyə tərəfləri birgə tərtib edirlər. Hərbi mütəxəssislərin qarşılıqlı əlaqəsi tərcüməçilərin köməyi ilə həyata keçirilir. Вернуться назад |