Главная > Dünya > Ərdoğana peyvənd vuran həkim Türkiyədə gündəm oldu - FOTO
Ərdoğana peyvənd vuran həkim Türkiyədə gündəm oldu - FOTO15-01-2021, 14:44. Разместил: admin |
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilmədən peyvənd olunduğunu açıqlayıb. Qafqazinfo xəbərinə görə, bu barədə teleqram kanalında məlumat verən Ərdoğan "Mən də peyvənd olundum”,- deyə qeyd edib. Ankara Şəhər Xəstəxanasında heyəti ilə birlikdə peyvənd olunan dövlət başçısı xəstəxana çıxışında jurnalistlərə açıqlama verib: "Bizim peyvəndlər gələn kimi nazirimiz ilk peyvəndi özünün vurduracağını dedi və dünən peyvənd olundu. Başda siyasi liderlər olmaqla bütün millət vəkillərimiz bu kampaniyanı gücləndirmək üçün peyvəndlənmə nöqtələrində təşviqat aparsalar, bunun çox effektiv olacağına inanıram. 25, 30 milyon doza peyvənd gətiriləcək. Bu müddətdə ölənlərə Allahdan rəhmət diləyirəm”. Ərdoğanın peyvənd olunduğu anın fotoları sosial mediada böyük marağa səbəb olub. İstifadəçilər peyvəndi vuran həkimi İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğluna bənzədiblər. İmamoğlu bir tvitter istifadəçisinin "İmamoğlumu?”- deyə sual verdiyi tvitinə "Xeyr, mən deyiləm”,- deyə gülən üzlü emoji ilə cavab verib. Ərdoğana peyvənd tətbiq edən həkimin daxili xəstəliklər üzrə mütəxəssis Dos. Dr. İhsan Ateş olduğu bildirilib. Ərdoğanı xəstəxanada müşayiət edən səhiyyə naziri Fəxrəddin Qoca da bunları qeyd edib: "Bu epidemiyadan qurtulmanın ən vacib yolunun peyvənd olduğunu bilirik. Bu səbəbdən inanıram ki, bütün vətəndaşlarımız növbəsi çatanda peyvənd olunmalıdır”. Вернуться назад |