Главная > Dünya > Türkiyənin 4 partiyasından Ermənistana sərt bəyanat - Foto
Türkiyənin 4 partiyasından Ermənistana sərt bəyanat - Foto17-07-2020, 10:09. Разместил: admin |
Türkiyə Böyük Millət Məclisinin AKP, CHP, MHP və İYİ partiya qrupları Ermənistanın Azərbaycana hücumunu pisləyən bəyanat yayıblar. Türkiyə mediası xəbər verir ki, ortaq bəyanatda partiyalar işğalçı dövləti şiddətlə qınadıqlarını bildiriblər: “Türkiyə Böyük Millət Məclisi olaraq Ermənistan Silahlı Qüvvələrinin iyulun 12-nə başlayaraq Azərbaycanın Tovuz rayonuna hücumunu şiddətlə qınayırıq. Ermənistan səhv yoldadır. Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunu illərdir işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətinə yeni nümunə sayılan bu hücumlar Cənubi Qafqazda daimi sülh və sabitliyin qarşısında ən böyük maneədir. Ermənistanın haqq və hüququ heçə sayan bu davranışı qarşısında beynəlxalq ictimaiyyəti lazımi reaksiya göstərməyə çağırırıq. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə olan dəstəyimizi təkrar edirik”. Вернуться назад |