Главная > Dünya > Mutasiyaya uğramış koronavirusa yoluxan şəxsdən qorxudan açıqlama: "Xəstəliyin 10-cu günü..."

Mutasiyaya uğramış koronavirusa yoluxan şəxsdən qorxudan açıqlama: "Xəstəliyin 10-cu günü..."


30-12-2020, 09:52. Разместил: admin
Mutasiyaya uğramış koronavirusa yoluxan şəxsdən qorxudan açıqlama: "Xəstəliyin 10-cu günü..."


İngiltərədə mutasiyaya uğrayan yeni növ koronavirus infeksiyasına yoluxmuş jurnalistin danışdıqları eşidənləri təşvişə salıb.
 İngilis telekanalı "Kanal 4"ün xəbər müdiri Laisa Kompton keçirdiyi koronavirusun dəhşətlərindən danışıb.

44 yaşlı Kompton koronavirusun yeni ştammına iki həftə əvvəl yoluxduğunu söyləyib:

"Dekabrın 10-u yağışlı bir gün idi və mən velosiped sürürdüm. Evə qayıdanda bərk öskürürdüm, boğazımda ağrılar var idi və burnum da axırdı. Bunlar koronavirusun əlaməti deyil, özlüyümdə düşündüm ki, yəqin bərk soyuqlamışam. Ancaq xəstəliyin üçüncü günü səhəri dəhşətli baş ağrısı ilə gözümü açdım. Düşündüm ki, başım bu dəqiqə partlayacaq. Bütün günü yataqda qaldım, hətta işıqları da söndürürdüm".

O bildirib ki, 5-ci gündən sonra simptomlar daha da artıb:

"Bədənimdə bütün sümüklərim ağrıyırdı. Dadbilmə və iybilməni də itirdim. Ayaqyoluna belə getməkdə çətinlik çəkirdim, nəfəsim çatmırdı. Nəfəssiz qalmaq məni daha da panik bir vəziyyətə salırdı. Bunları düşündükcə daha da pis olurdum. Xəstəliyin 10-cu günü hamamda huşumu itirdim və ayılanda özümü xəstəxanada gördüm. Qısacası söyləyim ki, bu virus çox dəhşətli və qorxuncdur", - deyə jurnalist bildirib. (sfera.az)


Вернуться назад