Главная > Dünya > İranda da zəlzələ oldu
İranda da zəlzələ oldu28-12-2020, 10:54. Разместил: admin |
İranda zəlzələ qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, tektonik sınma Xuzistan əyalətində baş verib. Bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, ötən gecə 4 bal gücündə olan zəlzələ sözügedən əyalətin Hafkel rayonunda olub. Zəlzələnin 14 kilometr dərinlikdə baş verdiyi bildirilsə də, can və mal itkisinin olub-olmaması ilə bağlı açıqlama verilməyib. Qeyd edək ki, ötən gün Türkiyənin Muğla bölgəsində də zəlzələ olmuşdu. Вернуться назад |