Главная > Dünya > İran İraqa qısamənzilli raketlər və pilotsuz təyyarələr göndərib
İran İraqa qısamənzilli raketlər və pilotsuz təyyarələr göndərib28-12-2020, 10:00. Разместил: admin |
İslam İnqilabı Keşikçiləri Korpusu öz ərazisindən İraqa qısamənzilli raketlər və pilotsuz təyyarələr göndərib. APA xəbər verir ki, bunu İran mənbələrinə istinadən Küveytin “Əl-Qabas” qəzeti xəbər verir. Nəşrin məlumatına görə, İraqa ötürülən Ərəş raketləri İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinə aiddir və dəqiq idarə olunan qısa mənzilli raketlərdir. Pilotsuz təyyarələrə gəldikdə isə, mənbələr bunun İranda istehsal edildiyini, İraqın cənub əyalətlərindəki xüsusi qorunan obyektlərə yerləşdirildiyini söyləyirlər. Qəzetin yazdığına görə, raketlər İrana yaxın İraq silahlı qruplaşmalarına aid yerlərdə və düşərgələrdə yerləşdirilib. Bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun qarşıdakı bir neçə həftə içərisində yalnız İraqdakı deyil, bölgədəki bəzi digər ölkələrin hədəflərinə raket və insansız zərbələr endirə biləcəyini vurğulayıb. Mənbələr bu hücumların ABŞ Prezidenti Donald Trampın vəzifəsindən getməsindən və yerinə Co Baydenin gəlməsindən sonra baş verə biləcəyini iddia edirlər. Вернуться назад |