Главная > Dünya > Brüsseldə Qarabağla bağlı qərar layihəsi

Brüsseldə Qarabağla bağlı qərar layihəsi


25-12-2020, 10:15. Разместил: admin
Brüsseldə Qarabağla bağlı qərar layihəsi


Belçikanın paytaxtı Brüsselin İxelles bələdiyyəsi Dağlıq Qarabağla bağlı qərar layihəsi hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya bildirilib ki, Brüsseldə yaşayan Azərbaycan icmasından bildirilib ki, qərar layihəsinin ilkin versiyasında ölkəmizə qarşı qərəzli mövqe ifadə olunub. İcma üzvlərinin İxelles bələdiyyə rəhbərliyinə ünvanladığı müraciət, eləcə də keçirilən görüşlər nəticəsində ədalətli yanaşma təmin edilib və qərarın mətninin dəyişdirilməsinə nail olunub.

Xatırladaq ki, Brüsselin 19 bələdiyyəsindən biri olan İxelles bələdiyyəsi paytaxtın mərkəzi hissəsində yerləşir. 90 min nəfərə yaxın əhalisi olan bu ərazidə 170-dən çox xarici ölkənin vətəndaşı məskunlaşıb.


Вернуться назад