Главная > Dünya > Bill Qeytsdən koronavirusa dair proqnoz
Bill Qeytsdən koronavirusa dair proqnoz24-12-2020, 10:16. Разместил: admin |
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts koronavirus pandemiyasına dair fikirlərini açıqlayıb. Oxu.az xəbər verir ki, o, peyvəndin mövcudluğuna rəğmən, vəziyyətin daha pis ola biləcəyini deyib. “Hələ də çətinlikdən qurtarmamışıq”, - deyə o, bloq yazısında qeyd edib. Onun sözlərinə görə, kompüter modellərinin təhlili əsasında dünyada mövcud olan COVID-19 ilə bağlı vəziyyətin gələn il əhəmiyyətli dərəcədə yaxşılaşmayacağı proqnozu əldə edilir. Qeyts fərdi qoruyucu vasitələrin istifadəsinin virusun yayılmasına qarşı təsirli bir yol olduğuna inandığını da əlavə edib. Eyni zamanda, o bildirib ki, elmə inamsızlıq üzündən peyvənddən imtina edən çox sayda insana görə narahatdır. Вернуться назад |