Главная > Dünya > Bu gün Ermənistan müxalifəti yolları bağlayacaq

Bu gün Ermənistan müxalifəti yolları bağlayacaq


22-12-2020, 10:31. Разместил: admin
Bu gün Ermənistan müxalifəti yolları bağlayacaq


Ermənistan müxalifəti bu gün ölkədə iri həcmli etiraz aksiyaları keçirməyi planlaşdırır.

Ölkə.Az xəbər verir ki, mövcud hakimiyyətin əleyhdarları bir sıra sahələrdə tətil etməyi nəzərdə tutur. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən narazılar paytaxt Yerevanda, eləcə də ayrı-ayrı şəhərlərdə yolları bağlamağı planlaşdırırlar. Bu səbəbdən aksiyaçılarla polis əməkdaşları arasında toqquşmaların baş verəcəyi gözlənilir.

Etiraz formasına küçələrdə çadırların qurulması da daxildir. Yerli mətbuatın məlumatına görə, yerli vaxtla saat 15:00-da müxalifətin böyük mitinqi planlaşdırılıb.

Qeyd edək ki, Ermənistanda sadə vətəndaşlar, mədəniyyət, incəsənət xadimləri, müəllimlər, jurnalistlərlə yanaşı, vəkillər, idmançılar da etiraz aksiyalarında iştirak edəcəklər. Müxalifət baş nazir Nikol Paşinyanı 10 noyabr bəyanatına imza atmaqda ittiham edir, onun istefası tələbini irəli sürür. Lakin hökumət rəhbəri istefa verməyəcəyini bildirib.


Вернуться назад