Главная > Dünya > Hulusi Akar: “Generalımız və digər əməkdaşlarımız Azərbaycana getməyə hazırdır”

Hulusi Akar: “Generalımız və digər əməkdaşlarımız Azərbaycana getməyə hazırdır”


18-12-2020, 11:50. Разместил: admin
Hulusi Akar: “Generalımız və digər əməkdaşlarımız Azərbaycana getməyə hazırdır”


“Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin minaaxtarma və təmizləmə üzrə iki heyətini ora göndərmişik. Həm təlim keçirlər, həm də ərazini yoxlayacaqlar. Qarabağda atəşkəsə ümumilikdə riayət edilir. Ruslar bu mövzuda diqqətlidirlər. Hadisələri izləyirik”, - o bildirib.

H.Akar vurğulayıb ki, Qarabağın bir qismində ermənilər hələ də qalır: “Ruslar iddia edirlər ki, türk əsgəri ermənilərin yaşadığı yerlərdə olarsa, problem yaranar. Qarabağda Türkiyə hərbçilərinin yerləşdirilməsi Türkiyə-Azərbaycan arasında həll olunan mövzudur”.


Вернуться назад