Главная > Dünya > Türkiyədə "Qarabağ Azərbaycandır!" sərgisi açılıb - FOTO
Türkiyədə "Qarabağ Azərbaycandır!" sərgisi açılıb - FOTO16-12-2020, 10:30. Разместил: admin |
Türkiyənin şimal-qərbindəki Bursa şəhərində "Anadolu" agentliyinin fotomüxbirlərinin şəkillərinin təqdim edildiyi "Qarabağ Azərbaycandır!" sərgisi açılıb. “Anadolu” xəbər verir ki, sərgi 1 həftə davam edəcək. Osmanqazi rayonu bələdiyyəsinin dəstəyi ilə “Demokratiya” meydanında açılan sərgi Azərbaycanın Dağlıq Qarabağın azad olması uğrunda döyüşlərindəki qələbələrinə həsr edilib. Sərgidə ümumilikdə 22 şəkil nümayiş olunur. Osmanqazi rayon bələdiyyəsinin başçısı Mustafa Dündar bildirib ki, Türkiyə Azərbaycanın torpaqlarını erməni işğalından azad etməsinə şaddır. Onun sözlərinə görə, region rəhbərliyi Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra sərgi açmağa qərar verib. "Biz istədik ki, Bursanın bütün sakinləri Azərbaycanın qələbə sevincini bölüşsünlər", - Dündar deyib. Вернуться назад |