Главная > Dünya > Paşinyan özünə qəsd etmək istəyir

Paşinyan özünə qəsd etmək istəyir


14-12-2020, 14:29. Разместил: admin
Paşinyan özünə qəsd etmək istəyir


“News Media” rəhbəri Aram Qabrelyanovdan şok iddia səsləndirib.
“Ölkə.Az” xəbər verir ki, Aram Qabrelyanovun yazdığına görə, etibarlı mənbələrdən aldığı  məlumata görə, Nikol Paşinyan son günlərdə tənhalığa çəkilərək daha çox içki içməklə vaxtını keçirməkdədir. “Paşinyanın şəxsi həkiminın sözlərinə görə,  Nikol artıq dəllilik həddinə çatdığından ona hər hansı güclü təsirə malik psixotrop dərmanlar verməyi qəti qadağan edib. Artıq belə bir hadisə də olub. Belə ki, Paşinyan üç həftə bundan öncə  alkoqollu içkiyə psixotrop maddə qataraq içdiyindən  rezidensiyasını dava-dalaş salıb, nəticədə mühafizəçiləri onun əl-qolunu bağlamaq məcburiyyətində qalıb”- Qabrelyanov qeyd edib.

O əlavə edib ki, həkimlərin məsləhəti ilə mühafizəçilər baş naziri  pis xəbərlərdən  təcrid etməklə yanaşı,  ona ancaq alkoqollu içkilər verirlər:“Hətta Paşinyan gənc mühafizəçilərdən birindən telefon tələb edərək  xəbərlərə baxıb və Hadrutdakı hadisələrdən xəbər tutub və bundan çox qəzəblənib. Bundan sonra qışqıraraq təcili olaraq Müdafiə nazirini, Təhlükəsizlik Xidmətinin və polis rəhbərini  təcili çağırmağı tələb edib. Paşinyan o qədər özü-özünə  dodağı altında donquldanıb. Sadəcə onun danışdığından bir neçə söz anlamaq  mümkün olub. O arada özünə qəsd edəcəyi barədə də ifadələrə təkrar edib”.


Вернуться назад