Главная > Dünya > Lukaşenkonun İsveçrəyə girişi qadağan edildi
Lukaşenkonun İsveçrəyə girişi qadağan edildi14-12-2020, 11:19. Разместил: admin |
İsveçrə Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq edib. “Qafqazinfo” xəbər verir ki, hökumət Lukaşenkonun mal varlıqlarının dondurulması, İsveçrəyə girişinə qadağa qoyulması barədə qərar verib. Ölkə Avropa İttifaqının (Aİ) 6 noyabrda Belarus rəhbərinə qarşı sanksiya qərarına qatılıb. “Aleksandr Lukaşenko daxil olmaqla 15 nəfərə maliyyə sanksiyaları və səyahət qadağaları qoyulub”, - deyə İsveçrə hökuməti açıqlamasında bildirib. Вернуться назад |