Главная > Dünya > Haqqında erotik roman yazdı, ərindən boşatdırdı, 17 yaşı tamam olan gecə... Makron və Bricit HAQQINDA İNANILMAZ FAKTLAR
Haqqında erotik roman yazdı, ərindən boşatdırdı, 17 yaşı tamam olan gecə... Makron və Bricit HAQQINDA İNANILMAZ FAKTLAR30-11-2020, 15:55. Разместил: admin |
“Məndən qaçsan da, səninlə evlənəcəyəm”- Makron "Ölkə.Az” bu yazıda Fransa Prezidenti Emmanuel Makronun evliliyi və həyat yolu haqqında bilmədiklərinizi diqqətinizə çatdıracaq. Əvvəla ondna başlayaq ki, məhz arvadı Makrona necə dəbdəbəli həyat yaşamağı və vergidən necə ustalıqla yayınmağın yolunu öyrədib. Makron milyonları necə mənimsəyir? Makron tarixə varlı prezident kimi düşəcək. Çünki onun arvadı Bricit Makrona vergidən yayınmaqla necə milyonlara sahib olmağın yolunu göstərib. Belə ki, Makron bu adı dövlətin həmrəylik vergisini bahalı daşınmaz əmlak vergisi ilə əvəzlədiyinə və bununla da səhmləri, istiqrazlarını və digər qiymətli kağızları vergidən kənarlaşdırdığına görə alıb. Makronun dəbdəbəli həyatından yazan Fransa mediasında bildirilir ki, təkcə 2017-ci ilin avqustunda 3 ay ərzində Makron şəxsi vizajistinə 26 min avro ödəyib. Bu pul ancaq onun üzünün makiyaj olunmasına sərf olunub. Bundan əlavə olaraq o, 40 illik yubileyini ailəsi ilə birlikdə Fransanın cənubunda yerləşən dəbdəbəli Şambor qəsrində keçirib. Makron dəbdəbəli həyat tərzini necə öyrəndi? Bir az öncə qeyd etdiyimiz kimi belə həyat tərzi sürməyi ona həyat yoldaşı Bricit öyrədib. Bricit özü milyonçu olan tanınmış qənnadçı, Amiens konditer bişirən bir ailədə dünyaya gəlib. O, hələ uşaq yaşlarından dəbdəbəli həyat sürməyə öyrənib. Birinci ledi hər zaman "Louis Vuitton" brendini sevib və art-direktor Nikol Qeskerin hazırladığı libasları geyib. Onun qarderobundan eyni zamanda klassik Balmain, Courreges və Dior brendlərinin əşyalarını və geyimlərini tapmaq olar. 67 yaşlı Bricit qısa ətək geyinməyə utanmır və bu, hər zaman onun qarderobunda əsas geyimlərdən biri hesab olunur. Bricit Emmanuel Makronun andiçmə mərasimində Louis Vuitton brendindən olan açıq mavi rəngli qısa kostyumda qatılmışdı. O həmçinin öz bədən formasını nümayiş etdirmək üçün daha çox ağ rəngli don geyinməyi sevir. Sevgi tarixçəsi... Makron ali məktəbdə oxuyarkən Bricit Tronyenin tələbəsi olub. Onlar teatr dərnəyində birgə pyeslər ifa ediblər. Gənc oğlan özündən 24 yaş böyük olan xanımı sevməyi qəbahət hesab etməyib. Deyilənə görə, Makron 17 yaş partisində Bricitə öz ürəyini açıb: “Nə edirsən et, amma məndən qaçsan da, səninlə evlənəcəyəm”. Hansı ki, o zaman madam Tronye başqa birisi ilə ailəli olub və 3 övladı olub. Düzdür, ilk zamanlarda Bricit Emmanuelin bu sözlərinə gülərək, məsxərəyə qoyub. Öz gələcək həyat yoldaşı haqqında erotik roman yazan Makron Makron 1993-cü ildə öz müəlliməsi haqqında 300 səhifəlik erotik roman yazır. Gənc oğlana romanın mətnini yığmağı qonşu qızdan xahiş edir. Romanda Makron Bricitə olan hisslərini ifadə edib. Romanın əlyazması onu yığan qadında hələ də qalmaqdadır. Nəticədə Bricit öz ərindən boşanaraq Makronla yaşamağa başlayır.Onlar ancaq 2007-ci ildə nikaha girirlər. Nikah mərasimi Bricitin kurort şəhəri olan Le-Tukedə dəbdəbəli villasında yaxınlarının iştirakı ilə keçirilir. “Hər şeyə baxmadan biz bir yerdə idik. Tezliklə mənim həyatımda onun övladları, həyat yoldaşları, bizim nəvələrimiz peyda oldu. Bizim ailəmiz həyatımın təməlidir”- Makron bu fikirləri özünün “İnqilab” kitabında yazır. Вернуться назад |