Главная > Dünya > Rusiyadan ABŞ-a reaksiya

Rusiyadan ABŞ-a reaksiya


23-11-2020, 12:00. Разместил: admin
Rusiyadan ABŞ-a reaksiya


Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın “Açıq Səma Sazişi”ndən çıxmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin açıqlamasında qeyd olunur:

“Bu, Rusiya üçün qəbuledilməzdir. “Açıq Səma Sazişi”nin yerdə qalan üzvlərindən bütün torpaqlarının müşahidə olunması, müşahidə uçuş materiallarının müqaviləyə tərəf olmayan üçüncü ölkələrə verilməməsi ilə bağlı çətinlikləri aradan qaldırılması barədə qarantiya gözləyirik. 

ABŞ müqavilənin davam etməsini, Rusiyanın buna tərəf olmasını istəyirsə, ciddi olaraq düşünməlidir. Vaşinqton öz həmləsini etdi. Nə Avropanın, nə də ABŞ və müttəfiqlərin təhlükəsizliyi buna fayda vermədi. İndi Qərbə Rusiyanın reaksiyası maraqlıdır. Cavab bəsiddir. Əvvəlcədən dediklərimizin üzərində dayanmışıq. Müqavilənin digər üzvlərinin irəli sürdükləri fikirlərlə hərəkətlərinin nə qədər uyğun olub-olmadığını diqqətlə izləyirik. Rusiya və müttəfiqlərə uyğun qərarlar alınacaq”.

Qeyd edək ki, ABŞ noyabrın 22-də rəsmən “Açıq Səma Sazişi”ndən çıxdığını bəyan edib.

Bu məqamda bildirək ki, hazırkı Prezident Donald Tramp dəfələrlə sazişdən çıxacağını bildirmişdi. ABŞ Dövlət Departamenti bu addımı təsdiqləyib və gözlənilən çıxış barədə bildirişin verilməsindən altı ay keçdiyini deyib.

Milli Təhlükəsizlik Şurası da geri çəkilməni təsdiqləyib və Rusiyanın illərdir sazişin şərtlərini kobud şəkildə pozduğunu əlavə edib.

Dövlət katibi Mayk Pompeo mayda ABŞ-ın sazişdən çıxmaq niyyətində olduğunu və müqavilənin qaydalarına əsasən Sazişin digər 34 üzvünə altı aylıq bildiriş verildiyini demişdi.

Xatırladaq ki, Rusiya və ABŞ silahsız kəşf uçuşlarının hərbi fəaliyyətdə şəffaflığı artırmağa və silahlara nəzarət və digər razılaşmaların monitorinqini asanlaşdırmağa imkan verən “Açıq Səma Sazişi”ni  imzalayan 34 ölkə arasındadır.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) coğrafiyasında etimad və təhlükəsizliyi artırma tədbirləri kimi nəzərdə tutulan və 1992-ci ildə imzalanan “Açıq Səma Sazişi”nin tərəfləri arasında Türkiyə də var.


Вернуться назад