Главная > Dünya > “Füzulidə xarabalıqdan başqa heç nə qalmayıb” - Mərakeş səfiri
“Füzulidə xarabalıqdan başqa heç nə qalmayıb” - Mərakeş səfiri23-11-2020, 10:47. Разместил: admin |
Azərbaycanın Xarici İşlər Nazirliyi diplomatik icmanın 2020-ci il ikinci Qarabağ müharibəsindən sonra yenicə Azərbaycana qaytarılan Füzuli bölgəsinə ziyarətini təşkil etdi. 90-cı illərin əvvəllərində, birinci Qarabağ müharibəsi ərəfəsində rayon mərkəzi - Füzuli şəhərinin 25 min əhalisi var idi. Bu gün gördüklərimiz – salamat bir binanın qalmadığı xarabalıqlardan başqa bir şey deyil. Azvision.az xəbər verir ki, bunu Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarş bildirib. Səfir "Facebook" səhifəsində yazıb: "Təbiət dəhşətli bir dağıntıdan sonra hüquqlarını geri aldı. Son vaxtlar yaşanan şiddətli qarşıdurmalara dair dəlillər hələ də yerində görünür". Вернуться назад |