Главная > Dünya > Nazirdən Ermənistana sərt çağırış: “Ermənistan ağlını başına toplasın, Azərbaycanı tək qoymayacağıq” — VİDEO

Nazirdən Ermənistana sərt çağırış: “Ermənistan ağlını başına toplasın, Azərbaycanı tək qoymayacağıq” — VİDEO


13-07-2020, 16:00. Разместил: admin
Nazirdən Ermənistana sərt çağırış: “Ermənistan ağlını başına toplasın, Azərbaycanı tək qoymayacağıq” — VİDEO


“Ermənistan Azərbaycanın Tovuz bölgəsinə bir xaincəsinə hücum edib və nəticədə 4 qardaşımız şəhid olub. Azərbaycan ordusu da düşmənin layiqli cavabını verib, erməniləri geri otuzdurdu”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində deyib.

“Biz görürük ki, Ermənistan  diqqəti işğal etdiyi torpaqlardan başqa yerlərə çəkmək istəyir.  Yeni silahl toqquşma məkanları seçir. Ermənistan indiədək münaqişənin siyasi həll yoluna sadiq qalmayaraq, bunu pozdu. Biz də  Tükiyə olaraq bu istiqamətdə çox səylər göstərdik. Ancaq Ermənistan tərəfi riayət etmədi”-nazir bildirib.
Nazir əlavə edib ki, Ermənistanın bu hərəkətləri  qəbul edilməzdir: “Ermənistan ağlına başına toplasın. Azərbaycan tək deyil.  Biz Türkiyə dövləti və Türk milləti olaraq  bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyün təmin olunması üçün bundan sonra da əlimizdən gələn bütün siyasi dəstəyi verəcəyik və buna hazırıq.  Amma Ermənistan Tovuza  hücum etməklə  savaşı istəyən tərəf olduğunu ortaya qoyub. Biz də Azərbaycanı bu məsələdə tək qoymayacağıq”.





Вернуться назад