Главная > Dünya > Pompeonun qalmaqallı İsrail səfəri - Foto
Pompeonun qalmaqallı İsrail səfəri - Foto20-11-2020, 11:30. Разместил: admin |
ABŞ dövlət katibi Mayk Pompeo İsraildə rəsmi səfərdədir. “Qafqazinfo” xəbər verir ki, Amerika rəsmisi Qərbi Qüdsdə İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra münaqişə zonası hesab edilən Qərbi Şeriaya gedib. O, İordan çayının qərb sahilində yerləşən Psaqot da daxil olmaqla bir çox yəhudi məskənlərini ziyarət edib. Bununla da, Pompeo Qərbi Şeriaya səfər edən ilk ABŞ rəsmisi olub. Dövlət katibi Psaqotda “Pompeo” adlandırılan şərab evini də ziyarət edib. İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda Pompeonun Golan təpələrinə hərbi helikopterlə getdiyi, onu XİN rəhbəri Qabi Aşkenazinin müşayiət etdiyi qeyd edilib. Dövlət katibi Prezident Donald Trampın İsrailin Golan təpələrinə sahibliyini tanıdığını açıqlayıb. O, Avropa rəsmilərinin torpaqların Suriyaya qaytarılması çağırışlarını qınayıb. Pompeo Netanyahu ilə keçirdiyi ortaq mətbuat konfransında Qüdsü İsrailin paytaxtı kimi tanıdığını vurğulayıb: “Ötən gecə Davud (Silvan) şəhərinə getdim. Bu gün isə Şərqi Qüdsdə Baş nazirlə görüşdüm. İsrail yəhudi xalqınının vətənidir. Qüds İsrailin paxtaxtı qəbul edildi. Səfirliyimizi Qüdsə köçürdük. Bu, doğru və ədalətlidir”. Dövlət katibi bildirib ki, Amerika XİN uzun müddətdir bu yerlər haqqında yanlış fikirdə olub: "Bu gün isə əksinədir və doğru olduğuna əminik”. Qeyd edək ki, Qərbi Şeriada yaşayan 400 mindən çox yəhudi ilə fələstinlilər arasında mütamadi olaraq toqquşmalar yaranır. Вернуться назад |