Главная > Dünya > “Tramp administrasiyası heç bir aksiya keçirməyəcək” – Ağ evdən AÇIQLAMA

“Tramp administrasiyası heç bir aksiya keçirməyəcək” – Ağ evdən AÇIQLAMA


9-11-2020, 11:47. Разместил: admin
“Tramp administrasiyası heç bir aksiya keçirməyəcək” – Ağ evdən AÇIQLAMA


Trampın qərargahı, ABŞ-da prezident seçkilərində yenidən səslərin hesablanması üçün mitinqlər təşkil etməyi haqqında yayılan xəbərləri təkzib edib.
Ağ Evin hazırkı başçısı Donald Trampın seçki kampaniyasının müşaviri Jason Miller ABŞ mediasının bu fərziyyələrini yalan adlandırıb.

“Bu, yalan xəbərdir. Heç bir əsası yoxdur”,- deyə, o, bildirib.

Xatırladaq ki, CNN telekanalının müxbiri “Twitter”də Millerin özü, prezidentin kürəkəni, eləcə də baş məsləhətçisi Cared Kushner və prezidentin şəxsi vəkili Rudolph Giulianinin ABŞ əhalisi arasında səslərin yenidən sayılmasına dəstək olaraq mitinqlər təşkil etmək fikrində olduqlarını bildirib.


Вернуться назад