Главная > Dünya > Ermənistanda koronavirusa yoluxanların sayı 100 minə çatır - Daha 22 nəfər öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 100 minə çatır - Daha 22 nəfər öldü


3-11-2020, 14:00. Разместил: admin
Ermənistanda koronavirusa yoluxanların sayı 100 minə çatır - Daha 22 nəfər öldü


Ermənistanda son sutka ərzində 1328 nəfər yeni koronavirus infeksiyasına yoluxub.
“Ölkə.Az”ın “ armenpress.am”a istinadən məlumatına görə, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 94 776 - ə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin saytında məlumat verilib.

Ölkədə son sutkada 22 nəfər vəfat edib, bu virusdan ölənlərin sayı ümumilikdə 1 413 nəfərdir.

Qeyd edək ki, 11 sentyabrda hökumət Ermənistanda 16 mart 2020-ci ildə elan edilmiş fövqəladə vəziyyətin dəyişdirilməsi barədə qərar qəbul edib. Bununla 11 sentyabr saat 17: 00-dan etibarən fövqəladə vəziyyət, dörd ay - 2021-ci il yanvarın 11-dək olan müddətə qədər karantin ilə əvəz olunub.


Вернуться назад