Главная > Dünya > Kreml o xəbərləri saxta adlandırdı
Kreml o xəbərləri saxta adlandırdı21-09-2024, 09:40. Разместил: admin |
“Ermənistanda bəzi siyasi xadimlərdən eşitdim ki, hakimiyyəti ələ keçirmək əsl demokratiyadır”. “Qafqazinfo” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanda dövlət çevrilişinə cəhddə Rusiya izinin axtarılmasını şərh edərkən deyib. “Bir sıra erməni rəsmilərinin Ermənistan İstintaq Komitəsinin dövlət çevrilişinə cəhdin qarşısının alınması, orada hansısa rus izini tapmağa çalışması barədə mesajlar yaymaq cəhdləri absurddur və onlar heç bir tənqidə məhəl qoymurlar”, - Zaxarova bildirib. O, dəfələrlə qeyd edib ki, Rusiya Qərbdən fərqli olaraq, digər ölkələrin daxili işlərinə qarışmır. “Təəssüf ki, bəzi yerli dairələr rusofobik əhval-ruhiyyənin təbliğinə can atan qərblilərin hiyləgər taktikasını mənimsəyir”,- o əlavə edib. Вернуться назад |