Главная > Dünya > Türkiyə PUA bazarında dünya lideri oldu
Türkiyə PUA bazarında dünya lideri oldu16-09-2024, 12:32. Разместил: admin |
![]() ABŞ-ın Yeni Amerika Təhlükəsizliyi Mərkəzi hazırladığı hesabatda Türkiyə, Çin və İranın ucuz hərbi PUA-lar hazırladığını və 2021-ci ildən etibarən Türkiyənin bu bazarda lider olduğunu qeyd edib. Hesabtda Çinin 2014-cü ildən 2020-ci ilədək PUA bazarında lider olduğunu, lakin 2021-ci ildən etibarən Türkiyənin Çini geriyə qoyduği yer alıb. "Türkiyə 2021-ci ildən etibarən dünyanın ən böyük hərbi PUA tədarükçüsü oldu", - sənəddə qeyd edilib. 2022-ci ildə altı ölkə Türkiyədən Bayraktar TB2 alıb. Liviya, Qarabağda və Ukraynada müharibə doktrinalarını dəyişdirən kəskin uğurlar Türkiyənin PUA bazarındakı liderliyinə səbəb olub. Hesabatda o da qeyd olunub ki, Türkiyə 2018-ci ildən bu yana dünya üzrə silahlı PUA satışlarının 65 faizini reallaşdırıb. ![]() ![]() Вернуться назад |