Главная > Dünya > Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək
Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək3-10-2020, 11:20. Разместил: admin |
Türkiyənin Elazıg vilayətinin Keban şəhərində yerləşən küçələrdən birinə Azərbaycan Ordusunun şəhid generalı Polad Həşimovun adı veriləcək. “Haberturk” məlumat verir ki, bu barədə qərar Keban şəhərinin bələdiyyə sədri Fəthiyə Atlının başçılığı ilə keçirilən toplantıda qəbul olunub. “Axıtdıqları qan və fəda etdikləri canları ilə torpağı vətən edən şəhidlərimizi və bütün qəhrəmanlarımızı hörmətlə, minnətdarlıqla və hörmətlə yad edirik. Yerləri cənnət olsun”, - deyə bələdiyyənin təsdiq etdiyi sənəddə qeyd olunub. Вернуться назад |